VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda xarici ölkə vətəndaşı yol qəzasına düşüb.

BAKU.WS
 trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Nobel prospekti, 9 saylı ünvanın qarşısında baş verib.

Yasamal rayonu, Cavid prospekti, 509-cu məhəllə, ev 5-də yaşayan, 1993-cü il təvəllüdlü Məmmədhəsənli Ramil Şahmar oğlu idarə etdiyi "BMW" markalı 99-FG-121 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən ara məsafəsi saxlamadığından eyni istiqamətdə hərəkət edən Fransanın Azərbaycandakı səfirinin əməkdaşlıq və mədəniyyət üzrə müşavirinin həyat yoldaşı, 1982-ci il təvəllüdlü Viza Kostenkonun idarə etdiyi "Toyota Prado" markalı 002 D 004 nömrə nişanlı avtomobilə çırpılıb.

Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS