Xankəndi daha 18 ailəyə qucaq açıb: Açarlar sakinlərə təqdim edilib

Xankəndi daha 18 ailəyə qucaq açıb: Açarlar sakinlərə təqdim edilib
Sosial 183

Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, açarların təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

*** 12:18

Xankəndi şəhərinə yola salınan növbəti köç karvanı şəhərə çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.

*** 09:40

Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb.

Report xəbər verir ki, bu mərhələdə şəhərə 18 ailə - 68 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər