DÇ-2026: Kanada yığmasının futbolçusunun ayağı sındı
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə dünya çempionatında (DÇ-2026) Kanada millisinin yarımmüdafiəçisi İsmael Konenin ayağı sınıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məşhur jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesablarında məlumat yayıb.
Görüşün 52-ci dəqiqəsində, hesab 3:0 Kanadanın xeyrinə olarkən qətərli müdafiəçi Assim Modibo Koneyə qarşı kobud oynayıb. Qayda pozuntusundan sonra zədələnən futbolçu meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb.
Məlumata görə, kanadalı futbolçu hazırda xəstəxanadadır və cərrahi əməliyyata hazırlıq keçir.
İlkin ehtimallara görə, kanadalı oyunçu 4-5 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.
Matç başa çatdıqdan sonra Modibo Kanada millisinin paltardəyişmə otağına yollanaraq zədələdiyi futbolçudan üzr istəyib.
Qeyd edək ki, həmin sözügedən oyunda Kanada millisi Qətəri 6:0 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....