Aysel Şükürova peçenyedən zəhərləndi
Yeniliklərdən dərhal xəbərdar olun
Bloger Aysel Şükürova peçenyedən zəhərlənib.
BAKU.WS xəbər verir ki, o qida zəhərlənməsindən gecəni xəstəxanada keçirdiyini qeyd edib.
Aysel küncütlü xəmir çubuğundan zəhərləndiyini bildirib:
"Yazıb maraqlanan hər kəsə təşəkkür edirəm. Gecəni xəstəxanada keçirmişəm. Çox pis zəhərlənmişəm. Mağazadan küncütlü çubuq almışdım. Yeyəndə hiss etdim ki, nəsə dadı fərqlidir. Hətta soruşdum ki, bunun vaxtı keçib? Elə bil hava keçmişdi, nəm idi dadı. Dedilər ki, yox, mən də yedim. Səhərə yaxın yerimdən durub qaytarmağa başladım. Ondan sonra olanlar oldu. Qızdırmam 39 idi. Yenə o biri dünyanı gördüm, qayıtdım. Tam özümə gəlməmişəm, amma indi bir az yaxşıyam".
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...