Bakıda intihar hadisəsi baş verib.
BAKU.WS-in APA-ya istinadən verdiyi məlumatına görə, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsi 126 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1964-cü il təvəllüdlü İqbal Kərtim oğlu Zeynalov 10-cu mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Nizami Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, intihar edən şəxs "Azəriqaz”da sürücü işləyirmiş. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
BAKU.WS
"Azəriqaz"ın işçisi özünü 10-cu mərtəbədən atdı
17
avq
2015
6 696