SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsinfə itkin düşənlərin helikopterlərlə axtarışları davam edir.


Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, itkin düşənlərin axtarışları hər gün intensiv şəkildə aparılır. Axtarışlar helikopterlərlə və dalğıcların köməyilə davam edir. Hələlik heç kimin meyiti tapılmayıb. Axtarışa Xəzəryanı qonşu ölkələr də kömək edir.

Qərargahdan həmçinin onu da bildirdilər ki, qaz yatağındakı yanğın isə hələ də söndürülməyib. Hava küləkli və dəniz dalğalı olduğu üçün yanğına müdaxil etmək çətindir.

Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib.  Qəza nəticəsində dənizdə itkin düşənlərdən 7 nəfərin cəsədini aşkar edib. Ümumilikdə hadisə yerində 63 işçi olub. Onlardan 33 nəfər xilas olunub. 23 nəfər isə itkin düşüb. "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündəki qəza nəticəsində yanan neft quyularında yanğın tamamilə söndürülüb. Platformadakı yanan qaz quyularında isə yanğın söndürmək mümkün olmayıb.

Ziya Babayev
BAKU.WS