VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanlı işadamı erməni həyat yoldaşı ilə yoxa çıxıb. 
 
BAKU.WS-in məlumatına görə, hadisə Rusiyanın paytaxtı Moskvada qeydə alınıb. 28 yaşlı Mariya Samoylovun atası polisə müraciət edərək bildirib ki, qızı ərinin Bakıdakı qohumlarının yanındadır. 
 
Mariyanın 51 yaşlı atası Artur Mkrtumyan deyib ki, qızı həyat yoldaşı Yuri İsmayılovla birlikdə Türkiyəyə gedib və orada yoxa çıxıb. Arturun sözlərinə görə, qızı ilə əlaqəsi iki ay əvvəl kəsilib. Azərbacanlı işadamı erməni həyat yoldaşı ilə rəsmi nikahda olmayıb. Onlar müsəlman adətləri ilə evləniblər. Kəbin kəsildikdən sonra cütlük qızın valideynlərinə bildirib ki, Yurinin Bakıdakı qohumlarının yanına getmək niyyətindədirlər.

Rusiya ilə həmsərhəd olan Azərbaycan getmək üçün cütlük nədənsə Türkiyədən yola düşməyə qərar verib. Bu qərar Arturun şübhələnməsinə səbəb olub. Cütlük bu ilin oktyabrında Moskvanı tərk edib. Artur Mkrtumyan əmindir ki, qızı və onun əri İŞİD-ə qoşulmaq üçün Rusiyadan gedib. Lakin Mariyanın anası Natalya Samoylova qızının yoxa çıxmasında heç bir cinayət əlaməti görmədiyini bildirib. Qadın əmindir ki, o həqiqətən Azərbaycandadır və yaxın vaxtlarda valideynləri ilə əlaqə saxlayacaq.

"Maşa azərbaycanlıya ərə getdi və İslamı qəbul etdi. Əri turizm firmasının direktoru idi, amma böhranda maddi vəziyyətləri pisləşdi. Ər-arvad Moskvadan getmək qərarı verdilər. Türkiyəyə uçdular. Sonra mənə Maşa zəng vurdu və dedi ki, onlar Bakıya köçürlər. O gündən bu yana əlaqə saxlaya bilməmişik", — deyə Natalya Samoylova deyib. 
 
Qeyd edək ki, faktla bağlı Moskva polisi cinayət işi açıb. Yeni ailə qurmuş cütlüyün axtarışları davam etdirilir. 
 
Şahin Həbibov
BAKU.WS