SİZİN REKLAM BURADA!
055 213 76 73



Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən rayon ərazisində kirayədə yaşayan Bərdə sakini pul kartının oğurlandığını və hesabından təxminən 5 min manatın çıxarıldığını bildirib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Murad Allahverdiyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. O, törətdiyi əməli etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS