Ağdamda FACİƏ: Ata və azyaşlı övladları öldülər
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdam rayonunda su anbarında batan bir ailənin üç üzvünün adları məlum olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində rayonun Cinli kənd sakini 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun övladları - 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərli batıblar.
Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri batan şəxslərin tapılması istiqamətində axtarış tədbirləri görürlər.
*** 16:16
Ağdam rayonunda bir ailənin iki üzvü faciəli şəkildə ölüb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində baş verib.
Kənd sakini olan kişi iki azyaşlı övladı ilə Xatın su anbarında çimərkən batıblar. Ata və azyaşlı övladının biri boğulub, digər azyaşlı isə xilas edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...