Masallı rayonun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında qaz sızması nəticəsində partlayış baş verib.


Bu barədə Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, hadisə nəticəsində bir ailənin iki üzvü, Müseyibov Əli Əbülfəz oğlu, Müseyibov Məhəmməd Əbülfəz oğlu və yaxın qohum Kərimov Sənan ağır yanıq xəsarətləri alıblar.


Dərhal hadisə yerinə gələn Masallı rayon Təcili Yardım Xidməti tərəfindən yanan şəxslər xəstəxanaya çatdırılıb.


Lazımi ilkin reanimasyon yardımlardan sonra hər biri Təcili Yardım maşınları ilə Respublika Yanıq Mərkəzinə gətirilib.


Mərkəzin mütəxəssisləri tərəfindən konsilium təşkil edilib. Reanimasiyon tədbirlər görülüb.


Lakin buna baxmayaraq bədən sətinin 100 faiz termiki yanığı, tənəffüs yollarının tamamən yanığı diaqnozu qoyulan Müseyibov Əli Əbülfəz oğlu (2005-ciil təvəllüdlü) dünyasını dəyişib.


Müseyibov Məhəmməd (2010 –cu il təvəllüdlü) və Kərimov Sənan (2006-cı il təvəllüdlü)bədən sətinin 65-70 faiz termiki yanığı və tənəffüs yollarının yanığı diaqnozu ilə müalicələri davam edir. Vəziyyətləri ağırdır.


Ziya SƏCCAD
BAKU.WS