Səhiyyə Nazirliyi: Qəbələdə yanan ərəblərin 2-si Bakıya gətirildi
09
okt
2018
11:06
Qəbələ rayonunda kirayə yaşadıqları evdə baş verən yanğın zamanı xəsarət alan ərəblərin ikisi Bakıya - Respublika Yanıq Mərkəzinə gətirilib.Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova məlumat verib.Onun sözlərinə görə, Küveyt vətəndaşı olan həmin şəxslər 1993-cü il təvəllüdlü Əlhəmidi Əhməd Adnan oğlu və 1989-cu il təvəllüdlü Əlhəmidi Nura Adnan qızıdır. Bədən səthlərinin 3 dərəcəli yanığı diaqnozu qoyulan bu xəstələrin vəziyyəti ağır qiymətləndirilir.Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində turistlər - bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.BAKU.WS
Oxşar xəbərlər
Ərəblərin kirayə qaldığı ev yandı – 1 olü, 6 yaralı – VİDEO
Hadisə Qəbələnin mərkəzində yerləşən evlərdən birində baş verib.BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, ailənin 6 üzvü xəsa...