SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə terrorla mübarizə əməliyyatı zamanı 2 türk həbrçisi şəhid olub.


BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Verilən məlumata görə, əməliyyat Tunceli vilayətində baş tutub.


Əməliyyat zamanı türk hərbçiləri Tunceli-Nazımiye ərazisində yüksək ərazilərdə terrorçuların gizləndiyi mağaralara basqın ediblər. Əməliyyat saat 18:30-a baş tutub.


Bu zaman hava sərt dəyişib və tufan başlayıb. Şiddətli qar yağması isə vəziyyəti daha da ağırlaşdırıb.


Kəskin hava şəraitində 2 türk jandarma xüsusi təyinatlısı donub. Əraziyə xilasedicilər və helikopter cəlb olunub. Hərbçilər xəstəxanaya aparıblar.


Lakin həkimlərin səyinə baxmayaraq, hərbçilər ölüblər.


Ziya SƏCCAD
BAKU.WS