Bakıda kişi keçmiş həyat yoldaşını qətlə yetirib.


Hadisə Xətai rayonu İnqilab İsmayılov küçəsində baş verib. 24 yaşlı Səriyyə Abdullayeva yaşadığı evdə keçmiş həyat yoldaşı 27 yaşlı İlkin Abdullayev tərəfindən bıçaqlanıb. Hadisəni görən mərhumun atası dərhal polisə məlumat verib.


Məlum olub ki, İlkin Abdullayev keçmiş həyat yoldaşına 8 bıçaq zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş İlkin Abdullayevi saxlanılıb.


Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Qeyd edək ki, cütlüyün birgə nikahdan iki azyaşlı övladı var.


BAKU.WS