52 yaşlı kişini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Salyan sakini yolu keçərkən qəfildən öldürülüb.
Bu barədə BAKU.WS-ə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, mayın 24-ü saat 01 radələrində Salyan rayonu ərazisində rayon sakini, 1970-ci il təvəllüdlü Natiq Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla rayon sakini, 1991-ci il təvəllüdlü İnsanağa Əsgərovun qeyd edilən tarixdə küçədə yolu piyada keçən Natiq Əhmədova yaxınlaşaraq kəsici-deşici alətlə onun sol döş qəfəsinə daxilə nüfuz edən və qarının ön divarının sol nahiyəsinə daxilə nüfuz etməyən xəsarətlər yetirməsi nəticəsində sonuncunun xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İnsanağa Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***09:26
Salyanda qətl baş verib.
BAKU.WS-in APA-ya istinadla məlumatına görə, Salyan sakini, 1970-ci il təvəllüdlü Əhmədov Natiq Adil oğlu bıçaqla qətlə yetirilib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araraşdırma aparılır.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...