51 yaşlı kişi cəzaçəkmə müəssisəsinin yaxınlığında koma vəziyyətində aşkarlandı
25
sen
2019
22:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda naməlum kişi küçədə koma vəziyyətində tapılıb.BAKU.WS-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Ramana qəsəbəsindəki 16 saylı cəzaçəkmə məntəqəsinin yaxınlığında baş verib.Cəzaçəkmə müəssisəsinin arxasında fəaliyyətdə olan daş karxanasının qarşısında qəsəbə sakinlərindən biri uzanmış vəziyyətdə naməlum şəxsi aşkarlayaraq ətrafdakılara məlumat verib.Həmin şəxs koma vəziyyətində təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya gətirilib.Şəxsin Tovuz rayon sakini, 1968-ci il təvəllüdlü Bayramov Yusif Hüseyn oğlu olduğu müəyyən edilsə də, hadisənin səbəbi məlum deyil.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı
Bakıda bıçaqlanma hadisəsi baş verib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, C.Naxçıvanski küçəsi, 48 sayl...