Bakıda keçmiş “ZEK”in müəmmalı ölümü

Bakıda keçmiş “ZEK”in müəmmalı ölümü
Hadisə 924

Bakıda küçədə vəziyyəti ağır olan naməlum bir nəfər tapılıb.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, 50-55 yaşlı kişi yanvarın 21-də, səhər saat 07 radələrində Qara Qarayev prospektində səkidə tapılıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və 10 dəqiqə sonra reanimasiyada vəfat edib. Onun əllərində, ayaqlarında, çiyinlərində, sinəsində, kürəyində cəzaçəkmə müəssisəsi jarqonlarına aid döymələr, hər iki qolunun iç səthində köhnəlmiş çoxsaylı kəsiklər aşkar olunub. Üzərində zorakı xəsarətlər aşkar edilməyib. Ölümün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda 18 yaşlı qız arıqlamaq üçün dərman içdi, öldü

Azərbaycanda 18 yaşlı qız arıqlamaq üçün dərman içdi, öldü

Yevlaxda 18 yaşlı qız zəhərlənərək ölüb.BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 2000- ci il təvəllüdlü Sona Əliyeva dekabrın 4-də axşam saatlarında zəhə...

1770 Hadisə 11:04 06 dekabr 2018

Son xəbərlər