SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi yanğının söndürülməsi və axtarış işlərini davam etdirir.
 
BAKU.WS-in FHN-ə istinadla verdiyi məlumata görə, hazırda Fövqladə Hallar Nazirliyinin "Vixr-5” və "Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsi, 4 helikopteri və "B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışını aparır.
 
Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.
 
Xatırladaq ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

BAKU.WS