SİZİN REKLAM BURADA!
055 213 76 73



İranın Kirmanşah vilayətində 6,1 bal gücündə baş verən zəlzələ qurbanlarının sayı artıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, İranın qərbində baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb, 232 nəfər xəsarət alıb.

Qeyd edək ki, daha əvvəl zəlzələ nəticəsində 1 nəfərin öldüyü, 58 nəfərin yaralandığı xəbər verilmişdi.

Zəlzələ ocağının 9-10 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Yeraltı təkanlar İraqın paytaxtı Bağdadda da hiss olunub.

Abbas
BAKU.WS