SİZİN REKLAM BURADA!
055 213 76 73


 
SOCAR rəhbərliyi "Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş yanğında xilas olunan neftçiləri ziyarət edib

BAKU.WS məlumat verir ki, "SOCAR" şirkətinin vitse-prezidenti Xalik Məmmədov, Ombudsman Elmira Süleymanov və digər aidiyyatı şəxslər yanğından xilas olunan neftçilərə xəstəxanada baş çəkiblər. Neftçilər dəhşətli yanğında baş verənləri "SOCAR" rəhbərliyinə danışıblar:

"Yanğından xilas olmaq üçün mindiyimiz qayıq güclü küləyin təsirindən platformalara çırpılaraq iki yerə bölündü. Qayıqda təxmini 10-12 nəfər idik. Qayıq yarıya bölünəndən sonra yarımız bir hissəsində qaldıq, qalan 5-6 nəfər o biri parçasının üstündə idi. Nə baş verdiyini tam başa düşmürdük. Özümdə deyildim. Qayıqdan bərk yapışıb son saniyələrimi sayırdım. Ümidim yox idi xilas olmağımıza. Bizi Topazın gəmisinin işçiləri xilas etdi" -  deyə Socarın işçisi hadisə baş verən günü başlarına gələnləri danışarkən bildirib. 
 
BAKU.WS