SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Dünən "Günəşli” yatağında baş verən yanğınla bağlı yeni xəbərlər var. 


BAKU.WS
-in məlumatına görə, hadisə şahidləri sosial şəbəkələrdə bildirilir ki, "Günəşli” neft yatağında qaz sızması nəticəsində baş verən güclü yanğın hələ də davam edir. Güclü tufan saat 17.40 radələrində "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb və nəticədə partlayış olub.

Hadisə dəniz dərinliyində baş verdiyi üçün əraziyə SOCAR-ın xilasediciləri yaxınlaşa bilməyiblər. Qısa zaman ərzində BP 28 platformasının 10 nömrəli bloku tamam yanıb. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib ki, 10-cu platformadan hələ də işçilər təxliyyə olunmayıb. İnsanlar qayıqların içindədir. Onları oradan köçürtmək mümkün deyil. Yanğın da davam edir.

 

İçəridə olan 42 nəfərdən yalnız 4 nəfəri xilas etmək mümkün olub. 

 

Məsələni araşdırmaq üçün Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Nizaməddin Quliyevlə əlaqə saxlamaq istəsək də, o, zənglərə cavab vermədi. 


"Azneft” İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov isə Anspress-ə açıqlamasında bildirib ki, dünən saat 17:40 radələrində "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğının qarşısı hələ də alına bilmir. Hazırda Fövqaladə Hallar Nazirliyinin helikopterləri və BP şirkətinin gəmiləri vasitəsi ilə yanğının söndürülməsi istiqamətində işlər aparılır. "Ancaq dənizdə fırtına həddən artıq güclü olduğu üçün hələlik yanğın davam edir".

İ.Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev başda olmaqla idarə rəisləri də FHN-in helikopteri vasitəsilə yanğın baş verən əraziyə getdiyini qeyd edib:

"Hazırda orda olan insanlarla əlaqə saxlamağa da çətinlik çəkirik. Çünki telefonların şəbəkələri tutmur və ya telefonlarına zəng çatmir. Çünki əlaqə vasitələrinin enerjisi tükənib. Ona görə də dəqiq məlumatlar yoxdur. Ancaq özüldə iki-üç nəfər var. Onlar sağ-salamatdır. Qalan işçilər xilasetmə qayıqlarına yerləşdiriliblər".

 

 

Ziya Səccad
BAKU.WS