VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ölkə ərazisində hava şəraiti kəskin dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, hava yağıntılı olub, sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, gecə saatlarında yarımadanın bəzi yerlərində yağış sulu qara keçib.
 
BAKU.WS-in məlumatına görə, dekabrın 3-dən 4-nə keçə gecə Azərbaycanda küləyin sürəti saniyədə 15-23 metrə, bəzi regionlarda hətta 35 metrə yüksəlib. Bu göstərici ölkə ərazisində küləyin sürətinin saatda 125 km-ə qədər yüksəldiyinə əsas verir. Güclü şimal qərb küləyi ölkədə hava tempraturunun kəskin aşağı düşməsinə gətirib. Nazirlikdən verilən məlumata görə, küləyin sürəti mövsüm normalarına uyğundur.
 
Ancaq buna baxmayaraq güclü külək Bakıda fəsadlara səbəb olub. Paytaxt küçələrində güclü külək nəticəsində ağacların budaqları qırılıb və avtomobillərin üstünə düşərək yararsız hala salıb. Hətta şəhərin bəzi yerlərində güclü külək nəticəsində işıqforlar da yararsız hala düşüb. 
 
BAKU.WS paytaxtda əsən güclü küləyin yol verdiyi fəsadların fotolarını təqdim edir:
 
Foto Emil Abdullayevə məxsusdur.