Gəncənin icra başısının vurulması ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub.

BAKU.WS-in əldə etdiyi məlumata görə, icra başçısını vuran şəxs silahsız olub. O mühifəzəyə yaxınlaşaraq qəfildən onun silahını çəkib və atəş açmağa başlayıb. Nəticədə mühafizəçi yerindəcə həlak olub.

Atəş açan şəxsin polis tərəfindən vurulduğu da deyilir. 

Yaralı icra başçısı isə qeyd olunduğu kimi Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Yerli sakinlərdən aldığınmız məlumata görə, xəsətəxanada elektrik enerjisi olmadığından generatorla işıqlandırılıb. Xəstənin vəziyyəti barədə isə hələlik məlumat verilmir. Hazırda xəstəxananın ətrafında izdiham yaşanır. Yüzlərlə insan icra başçısının vəziyyəti ilə maraqlanmaq üçün xəsətəxananın qarşısına axışıb.

21:41

Gəncənin icra başçısı Elmar Vəliyev silahlı hücuma məruz qalıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Gəncədə univermağın qarşısında baş verib.

Nəticədə Elmar Vəliyevin mühafizəçisi həlak olub, özü isə güllə yarası alıb.

Yaralı icra başçısı Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

Elmar Vəliyevə Yunus adlı şəxsin atəş açdığı məlum olub. Əldə etdiyimiz məlumata görə, həmin şəxs artıq həbs edilib.

İcra başçısının yerləşdirildiyi Gəncə Mərkəzi Klinik Xəstəxanasından E. Vəliyevin vəziyyəti ilə bağlı açıqlama verməkdən imtina ediblər.

BAKU.WS