"Qalatasaray" rusiyalı futbolçu ilə bağlı QƏRARINI VERDİ
İstanbulun "Qalatasaray" klubu Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Aleksey Batrakovun transferi ilə bağlı danışıqlardan geri çəkilib.
BAKU.WS xəbər verir ki, bu barədə türkiyəli insayder Yakub Çinar məlumat yayıb. Bildirilir ki, İstanbul təmsilçisi rusiyalı futbolçunun transferində israr etməmək qərarına gəlib və diqqətini "Portu"nun yarımmüdafiəçisi Rodriqu Mora üzərində cəmləyib.
"Lokomotiv" akademiyasının yetirməsi olan Batrakov ötən mövsüm Rusiya Premyer Liqasının ən məhsuldar üç futbolçusundan biri olub. 21 yaşlı yarımmüdafiəçi çempionatda 13 qol vurub.
Futbolçunun Moskva klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" isə Batrakovun bazar dəyərini 25 milyon avro qiymətləndirir.
Oxşar xəbərlər
Messi Argentina mediasını məhkəməyə verir
"İnter Mayami"nin argentinalı ulduzu Lionel Messi ölkəsinin bəzi media qurumlarına qarşı hüquqi tədbirlər görməyi planlaşdırır. Futbolçu hesab edir ki, atasının...