Amerikalı aktyor Ben Cons vəfat edib
"Hazzard hersoqları" serialındakı Kuter Devenport rolu ilə tanınan amerikalı aktyor Ben Cons 86 yaşında dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, aktyorun vəfatı barədə həyat yoldaşı Alma Viator sosial şəbəkə hesabında məlumat yayıb.
Alma Viator paylaşımında həyat yoldaşını itirməyin böyük kədər olduğunu bildirib:
"Bu gün həyatımın sevgisini itirdim. Ben keçirdiyi kəskin infarkt nəticəsində dünyasını dəyişdi".
Qeyd edək ki, Ben Cons geniş tamaşaçı auditoriyasına əsasən "Hazzard hersoqları" serialında canlandırdığı mexanik Kuter Devenport obrazı ilə tanış olub. Aktyor bununla yanaşı, "Dünya necə fırlanır", "Samoqonçular" və "Paralel aləmlər" kimi müxtəlif layihələrdə də rol alıb.
Ben Cons 1988-1994-cü illərdə ABŞ Nümayəndələr Palatasının üzvü kimi də fəaliyyət göstərib.
Oxşar xəbərlər
"Qiyamət günü" radiosu efirdə sirli söz səsləndirdi
Rusiyada "Qiyamət günü radiosu" kimi tanınan UVB-76 radiostansiyası efirdə "Şramoskot" sözünü səsləndirib. BAKU.WS xəbər verir ki, bu barədə radiostansiyanın fə...