Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu olub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, G.Məmmədova idmançıdır. O, kikboksinq idman növü ilə məşğul olub.
Sonuncu dəfə Gəncədə keçirilən Kikboksinq üzrə XXX Azərbaycan birinciliyində qızıl medal qazanıb.
Mərhumun nənəsi Gülnaz Məmmədova bildirib ki, hadisə nəvələri suda çiməndə baş verib: "Gözümüz görə-görə nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdi, tapa bilmədi. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girib".
***09:52
Samux rayonu, Yenikənd kəndində kanalda batan şəxsin meyiti tapılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 2009-cu il təvəllüdlü Gülnaz Elçin qızı Məmmədovanın meyiti tapılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...