Balakəndə zəncirvari qəza - 3 nəfər öldü

Balakəndə zəncirvari qəza - 3 nəfər öldü
Hadisə 443

Balakən rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan iki kişi Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Hazırda müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir.

Hadisə nəticəsində üç nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

**10:20

Bu gün səhər saatlarında Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, "Hyundai", "KİA" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bunlar "Hyundai" markalı avtomobilin sürücüsü Hoorsova Məryəm Kamil qızı, "Toyota"da olan Mütəllibov Rəşad Yaşar oğlu və Balakən rayon Sarıbulaq kənd sakini olan digər şəxsdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər