Türkiyənin Malatya vilayətində Rixter şkalası üzrə 5 bal gücündə zəlzələ baş verib.

BAKU.WS-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 02:28-də baş verib.

Təbii fəlakətin ocağı 21 km dərinlikdə qeydə alınıb. Zəlzələ nəticəsində düşən təşvişdə bir uşağın başından xəsarət aldığı bildirilir. 15 nəfər xəstəxanaya müraciət edib. Əhalinin küçələrə axışdığı yayılan məlumatlar arasındadır. 
 
BAKU.WS