SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyanın Suriyanın sahillərinə göndərdiyi raket kreyseri "Moskva"nın görüntüləri yayılıb. 
 
BAKU.WS-in məlumatına görə, Rusiya hava hücumuna qarşı müdafiənin gücləndirilməsi üçün əlavə tədbir görür. Bu məqsədlə "Fort" Hava Hücumundan Müdafiə sistemiylə təchiz edilmiş, analoji S-300, "Moskva" kreyseri Latakiya sahilboyunda yerləşdirilib.
 
Hazırda bu kreyser tam döyüş hazırlığına gətirilib. Altı hədəfi vurmaq üçün kreyserə 25 saniyə lazımdır. Hərbi texnika hər hədəfə iki raket zərbəsi endirə bilir. Rusiya Federasiyası Qara Dəniz Donanmasının flaqmanı olan "Moskva” raket kreyseri Rusiyanın ən müasir yeni nəsil döyüş gəmisi sayılır. Rusiyanın Ukraynayla münaqişəsi zamanı "Moskva” raket kreyseri Ukraynanın materik hissəsinə doğru üzməyə başlayıb.
 
"Moskva” kreyseri bundan əvvəl Rusiyanın Qara Dəniz Donanmasının digər gəmiləri ilə birgə Donuzlav gölündən dənizə çıxışın qarşısını kəsmişdi. Oradakı limanda isə Ukraynanın 7 gəmisi dayanırdı.
 
BAKU.WS