FHN "Tramp Tower"də yanğın zamanı su çatışmazlığı məsələsinə aydınlıq gətirib

29
apr
2018
14:00
"Mən dünən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada yanğının uzun müddət davam etməsinin su çatışmazlığı ilə əlaqədar olduğunu dedikdə binadakı daxili su nasoslarının suyu yuxarı mərtəbələrə lazımi vurma gücünün olmamasını nəzərdə tutmuşam".Bunu bu gün APA-ya açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib.E. Mirzəyev deyib ki, söhbət xaricdən binaya su verilməsindən deyil, nasosların gücünün zəif olmasından gedir.Qeyd edək ki, dünən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada iki dəfə yanğın baş verib. Yanğınlar FHN- Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.BAKU.WS
Oxşar xəbərlər
Nazir müavini "Tramp Tower"dəki yanğından danışdı
"Yanğın haqqında məlumat Fövqəladə Hallar Nazirliyinin "qaynar xətti"nə 12:10 radələrində daxil olub. Yanğın təxminən 3 saatdan artıq davam edib, tam söndürülüb...
