SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda silahlı insident olub.

BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb. 1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov aralarında yaranmış mübahisə zəminində 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib.

İ. Bəbirov daha sonra 1990-cı il təvəllüdlü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. N. Şəbiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Bəbirov tutulub.

İlkin məlumata görə, hadisə namus üstündə baş verib. Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. Xəzər Rayon Prokurorluğundan virtualaz.org-a bildiriblər ki, qətlə yetirilən Malik Muradov DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı, polis serjantı olub.
 
BAKU.WS