Ər-arvad bir ay fərqlə Prezident mükafatı aldılar
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin Sərəncamı ilə bir sıra incəsənət xadimi Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb. İncəsənət xadimlərinin arasında Azərbaycanın teatr rejissoru, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru Anar Sadıqov (Babalı) da var.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, bundan bir ay öncə Azərbaycan Yazıçılar Birliyində (AYB) də bir sıra şair və yazıçılara Prezident mükafatı verilib.
Mükafat alanlardan biri isə şairə və yazıçı Banuçiçək Sadıqova (Muharrem) olub.
Qeyd edək ki, Anar Sadıqov və Banuçiçək Sadıqova 13 ildir evlidirlər. Cütlük 2012-ci ildə ailə həyatı qurub, 2 övladları var.
Oxşar xəbərlər
Azərbaycan 2027-ci ildə BMT-nin Qlobal Forumuna ev sahibliyi edəcək
Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) növbəti Qlobal Forumuna ev sahibliyi edəcək. BAKU.WS xəbər verir ki, bu barədə Dini Qurumlarl...