Azərbaycan karateçiləri dünya çempionatının ilk günündə 3 medal qazanıblar
08
may
2025
23:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın ənənəvi karate millisi Polşanın Pulavı şəhərində keçirilən fudokan üslubu üzrə X dünya çempionatının ilk günündə 3 medal qazanıb.
BAKU.WS xəbər verir ki, böyüklər arasında Hacıəli Vəlizadə (80 kq) və 21 yaşadək idmançılar arasında mübarizə aparan Vüsal Seyidov (60 kq) qızıl medala sahib çıxıblar.
Veteranların yarışında isə Siyavuş Bayramov (75 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, fudokan karate üzrə dünya çempionatı 4 ildən bir keçirilir və builki turnir mayın 11-də yekunlaşacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...