Yas yerinə gedən ailə QƏZAYA DÜŞDÜ: Xeyli sayda yaralı var
Yeniliklərdən dərhal xəbərdar olun
Qazax rayonunun Birinci Şıxlı kəndində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Gəncədən İkinci Şıxlı kəndində yas yerinə gedən 1953-cü il təvəllüdlü Müqabil Sadıqov idarə etdiyi VAZ-2199 markalı avtomobili aşırıb.
Nəticədə özü, həyat yoldaşı 1961-ci il təvəllüdlü Zərövşan Sadıqova, baldızları 1955-ci il təvəllüdlü Safura Priverdiyeva və Zemfira adlı qadın müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma başlanılıb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...