SİZİN REKLAM BURADA!
055 213 76 73



Yevlax rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində "Ford Transit" markalı 01-BM-681 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq "KamAZ" markalı 09-BC-050 dövlət qeydiyyat nişanlı yük maşınına çırpılıb.
ağır xəsarət alan Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Emin İlham oğlu Mirzəyev xəstəxanaya aparılarkən yolda ölüb.

Daha iki nəfər - Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Əlverdiyev Orxan Elfan oğlu və onun həmyaşıdı, Yasamal rayon sakini, Yüsibov İlkin Tofiq oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

BAKU.WS