SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda sürücü ilə yol polisi arasında mübahisə yaranıb. 
 
BAKU.WS-in məlumatına görə, hadisə Ceyhun Səlimov küçəsində gecə radələrində qeydə alınıb. Belə ki, sürücü dönmə əməliyyatını yerinə yetirdikdən sonra yol polisi avtomobili saxlamaq əmri verib. Bundan sonra avtomobilə yaxınlaşan polis əməkdaşı əməliyyat qrupu olduqlarını bildirərək sənədlərin təqdim edilməsini tələb edib. 
 
Ancaq sürücü buna etiraz edib və polisdən izahat verməsini istəyib. Bundan sonra digər bir polis əməkdaşı avtomobilə yaxınlaşıb və içkiyə qarşı reyd keçirildiyini bildirib. Sürücü isə alkotesterin sertifikatını tələb edib və yalnız bundan sonra cihaza üfürəcəyini söyləyib. Vəziyyətdən çıxış yolu tapa bilməyən polis əməkdaşı daha sonra sürücünün dönmə işıqlarından istifadə etmədiyini söyləyib və protokol tərtib edilib. 
 
Bu məsələdə kimin haqlı, kimin haqsız olduğuna münasibət bildirməyi oxucularımızın öhdəsinə buraxırıq.
 
Şahin Həbibov
BAKU.WS