Daxili İşlər Nazirliyi deputat Fəzail Ağamalının köməkçisinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
 
BAKU.WS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 11-də saat 11 radələrində Salyan rayonunun Xıdırlı kəndində Neftçala rayon sakinləri Əli Rəsulovun idarə etdiyi "QAZ-3302” (yük) və Ulduz Sadıqovun idarə etdiyi "Opel” markalı avtomobillər toqquşub.
 
Nəticədə U.Sadıqovun sərnişinlərindən Həsənbala Həsənov hadisə yerində ölüb, digər 2 sərnişin xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
 
Qeyd edək ki, qəzada dünyasını dəyişən H. Həsənov deputat F. Ağamalının köməkçisi olub.

Ziya Səccad
BAKU.WS