Türkiyədə İran Konsulluğunun qarşısında etiraz aksiyası keçirilib.


BAKU.WS
-in məlumatına görə, Türki Ocaqları Birliyi və bir qrup gənc aksiyada İran telekanallarının birində türklərin təhqir olunmasını pisləyiblər.


Türk və Azərbaycan bayraqlarını götürək aksiya iştirakçıları İran əleyhinə şüarlar səsləndiriblər. "Dağılsın İran, qurulsun Turan” deyə aksiya iştirakçıları qışqırıblar.


Aksiay sakit və insidentsiz keçirilib.


Qeyd edək ki, İRİB TV-2 kanalında yayımlanan "Fitilieh" (farscadan tərcümə: fitil) verilişində İranın azərbaycan dilli əhalisinə qarşı səslənən təhqiramiz sözlərə etiraz olaraq ilk öncə Urmiyada tələbələr aksiya keçiriblər. Əsasən İranda yaşayan azərbaycanlılar barədə xəbərlər yayan Oyan News səhifəsinin verdiyi məlumatda deyilir ki, tələbələr Urmiya universitetinin binasının qarşısında toplaşaraq "Azərbaycan milləti çəkəmməz bu zilləti", "Türk dilində mədrəsə" və "Haray haray, mən türkəm!" şüarlarını səsləndirib.


Ziya Səccad

BAKU.WS