SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya prezidenti Vladimir Putinin Soçidə yüksək rütbəli hərbiçilərlə birgə keçirdiyi iclasda hərbi sirr faş olunub. 
 
BAKU.WS-in məlumatına görə, toplantı zamanı TV kanalları mətbuatdan gizli saxlanılan Rusiya istehsalı yeni sualtı nüvə sistemi "Status-6" haqqında məlumatların yer aldığı bəzi sənədləri görüntüləyib. 

TV kanallarının istəmədən yol verdiyi bu nöqsan Rusiyada böyük səs-küyə səbəb olub. Kremlin sözçüsü Dmitri Peskov "Status-6" haqqındakı sənədlərin bilərək göstərilmədiyini vurğulayıb:
 
"Bəzi gizli məlumatların kameralara əks olunduğu doğrudur. Amma sonra bütün görüntülər silindi. Ümid edirik ki, bu, bir daha təkrarlanmaz. Bunun qarşısını almaq üçün lazım olan hər tədbiri görəcəyik", - deyə Peskov bildirib. 
 
Şahin Həbibov
BAKU.WS