VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Cənubi Azərbaycanda etiraz aksiyaları davam edir.

 

BAKU.WS-in məlumatına görə, İranın bir neçə şəhərində İRİB TV-2 kanalında yayımlanmış verilişə etiraz olaraq nümayişlər keçirilir. 

İlk olaraq, nümayişlər Qərbi Azərbaycan əyalətinin mərkəzində, Urmiyə Universitetinin yüzlərlə tələbəsi tərəfindən keçirilib. Daha sonra etiraz dalğası Təbrik, Tehran və Ərdəbil şəhərlərini də bürüyüb.  Aksiya İRİB TV-2 kanalında yayımlanan "Fitilieh" (farscadan tərcümə: fitil) verilişində İranın azərbaycan dilli əhalisinə qarşı səslənən təhqiramiz sözlərə etiraz olaraq keçirilir.

 

Daxil olan ən son məlumata görə etirazların sabah da davam edəcəyi gözlənilir. Bunu Amerikanın Səsinə açıqlamasında bəzi fəallar bildiriblər. Onlar bugünkü etirazlar zamanı bir çox insanın xəsarət aldığını, onlarla insanın isə saxlandığını bildiriblər. Onlar arasında Meskinsehrdə Aydin Zakiri və İbrahim Seyfinin, Ərdəbildə isə Məysəm Colaninin adı hallanır.

Daxil olan məlumatlarda habelə İran Azərbaycanlıların xaricdə olan qurumları və fəalları sabah keçirilməsi planlaşdırılan aksiyanın təşkilati tərəflərini müzakirə edir. Urmiyə şəhərində keçirilən nümayişlərə şəhərin bələdiyyə sədrinin də qatıldığı deyilir. Bu yayılan fotolarda da öz əksini tapıb.

 

Qeyd edək ki, İRİB TV-2 kanalında yayımlanan "Fitilieh" (farscadan tərcümə: fitil) verilişində İranın azərbaycan dilli əhalisinə qarşı səslənən təhqiramiz sözlərə etiraz olaraq ilk öncə Urmiyada tələbələr aksiya keçiriblər. Əsasən İranda yaşayan azərbaycanlılar barədə xəbərlər yayan Oyan News səhifəsinin verdiyi məlumatda deyilir ki, tələbələr Urmiya universitetinin binasının qarşısında toplaşaraq "Azərbaycan milləti çəkəmməz bu zilləti", "Türk dilində mədrəsə" və "Haray haray, mən türkəm!" şüarlarını səsləndirib.

Urmiyə şəhərindən olan deputat Cavad Cahangirzadə də aksiyada iştirak edib.

Etirazların Təbriz, Xoy, Marağa, Zəncan, Ərdəbil və Tehran şəhərlərinə də yayıldığı bildirilir.

Təbrizdə bir neçə bazar bağlanıb və məlumatlara görə, etirazçılar şəhərin başqa hissələrində toplaşıb.

Bəzi məlumatlara görə polis aksiyaya müdaxilə edib və gözyaşardıcı qazdan istifadə edib, BBC Farsi xəbər verir.

Həmçinin Təbriz şəhərində etirazçıların polis maşınını yandırdığı bildirilir.

Xatırladaq ki, uşaqlar üçün nəzərdə tutulmuş komediya proqramında bəhs olunan hekayədə azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasın səhv salır və dişlərini tualet fırçasıyla təmizləyir.

Bundan sonra uşağın atası otel sahibindən üzr istəyir və oteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir.

Cümə günü yayımlanmış verilişdə uşaq və atasının dialoqu azərbaycan dilində gedir.

Bundan sonra verilişi özlərinə təhqir sayan azərbaycanlılar etirazlara başlayıblar, Londonda yaşayan azərbaycanlı Məmməd Ənsari BBC Azərbaycancaya bildirib.

Telekanal üzr istəyib

BBC Farscanın verdiyi xəbərdə deyilir ki, İranın Dövlət Televiziya və Radio Şirkəri bəyanat verərək "Fitilieh" verilişində səslənən sözlərə görə İran azərbaycanlılarından üzr istəyib.

Təşkilatın verdiyi bəyanatında deyilir ki, faktiki olaraq bu verilişin yayımı "səhlənkarlıq" səbəbindən "lazımlı işlər görülənə və son nəticəyə gələnə kimi" bağlanıb, və kanalın işçilərindən biri vəzifəsindən uzaqlaşdırılıb.

Bəyanatda vurğulanır ki, 6 noyabr tarixində efirə gedən verilişdə "yalnışlıq, diqqətsizlik, verilişi hazırlayan əlaqədar şəxslərin düzgün nəzarət etməməsi səbəbindən, azərbaycan dilində gedən dialoqlar cəsur və əziz azərbaycan dilli həmvətənlərimizin narahatçılığına və inciməsinə bais olmuş və şikayətlərin daxil olmasına səbəb olub".

Bu səbəbdən də, telekanalın yayım direktoru və uşaq verilişləri departamentinin direktoruna "işində səhlənkarlığa görə yazılı töhmət veriləcək" və verilişin nəzarətinə məsul olan yayım direktorunun müavininə isə "töhmət verilərək işdən çıxarılacaq".

Sosial şəbəkələrdə aksiyaların görüntüləri yayılmaqdadır. BAKU.WS İranı bürüyən etiraz dalğasının görüntülərini təqdim edir:

Ziya Səccad
BAKU.WS