SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Bakı Metrosunda iki stansiya bağlandı

Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, metronun "İçərişəhər” və "Sahil” stansiyalarında qatarların hərəkəti dayandırılıb.


Bunun səbəbi isə həm ərazilərdə su axıntısının səviyyəsinin artmasıdır. "Əslində orada su axıntısı vardı. İndi axıntının səviyyəsi artıb. Bu səbəbdən də, iki stansiyada hərəkət dayandırılıb”, - deyə Nəsimi Paşayev bildirib.

Qurum rəsmisinin sözlərinə görə, "Həzi Aslanov” stansiyasından "Dərnəgül” stansiyasına qatarlar normal qrafiklə işləyirlər. Lakin "Həzi Aslanov” stansiyasından "İçərişəhər” stansiyasına gedən qatar "28 may” stansiyasına qədər işləyir. Oradan isə "Nizami” stansiyasına gedərək dalandan geri qayıdır.

Nəsimi Paşayev bildirib ki, problem yaxın saatlarda həll olunacaq. Hələlik Metropoliteni sərnişinlərdən yaranmış problemə görə üzr istəyir. Qeyd edək ki, stansiyalar 1 saat 20 dəqiqədən sonra yenidən açılıb. 

 

Ziya Səccad
BAKU.WS