VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı metrosunda qatarın vurduğu yaşlı kişinin görüntüsü ortaya çıxıb. 

BAKU.WS-in "qaynar xəttinə" göndərilən görüntüdə yaşlı kişinin huşsuz vəziyyəti əks olunub.

Hadisə bir qədər əvvəl Həzi Aslanov – Dərnəgül üzrə 28 nömrəli metro xəttində baş verib. Bakı Metropoliteni QSC mətbut xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev BAKU.WS-ə bildirib ki, 9:18-də təxminən 50 yaşlı kişi Qara Qarayev stansiyasında özünü relslərin üstünə atmaq istəyib.

Lakin, qatar yaşlı kişini vuraraq platformaya atıb. Təcili Tibbi Yardım gələrək kişiyə ilkin tibbi yardım göstərib.

Faktla bağlı araşdırma aparılır.

Nazim
BAKU.WS