Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb
22
iyl
2026
16:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran rayonunda avtomobil yol kənarında kiçik ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Vilvan kəndi ərazisində baş verib.
Hərəkətdə olan "Opel Astra" markalı avtomobil idarəetməni itirərək yol kənarında kiçik ticarətlə məşğul olan Vilvan kənd sakini, 1986-cı il təvəllüdlü Turab İlham oğlu Şərifovu vurub.
Ətrafdakıların köməyi ilə T.Şərifov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...