SİZİN REKLAM BURADA!
055 213 76 73



Kiş meşəbəyliyində baş vermiş yanğın söndürülüb. Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayının ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb.

Yanğın zamanı 1,2 hektar ərazidə quru ot örtüyü və xəzəl yanıb, ağaclara ziyan dəyməyib.

Yanğının hansı səbəblərdən baş verməsi məqsədilə araşdırma aparılır.

Xatırladaq ki, dekabrın 29-da saat 13:30 radələrində Şəki rayonu yaylaq ərazisində başlayan yanğın sonradan külək nəticəsində Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayının ərazisinə keçmişdi.

BAKU.WS