SİZİN REKLAM BURADA!
055 213 76 73



Gecə saatlarında Bakıda ağır yol qəzası baş verib.

BAKU.WS-in məlumatına görə, hadisə Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində baş verib.

Xəbərə görə, "Hyundai" markalı avtomobilin sərxoş sürücüsü əks yola çıxaraq qarşıdan gələn "Mercedes" markalı maşınla toqquşub.

Zərbənin gücündən "Mercedes"in arxa təkərləri qırılıb və maşın bir neçə dövrədən sonra ağaca dəyərək dayanıb.

"Mercedes"in sürücüsü ağır bədən xəsarətləri alıb və o, xəstəxanaya yerləşdirilib.

BAKU.WS