Bakıda ağır qəza: ata və oğlu öldü, 5 yaralı
                            
                                07
                                noy
                            
                                2017
                                09:49
                            
                            
                        Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.APA-nın məlumatına görə, paytaxtın Pirallahı rayonunda Rafael Əkbərovun idarə etdiyi “Mercedes” markalı avtomobil Rövşən Bəydəmirovun idarə etdiyi “VAZ-2107” markalı maşınla toqquşub.Nəticəndə “VAZ-2107”də olan sərnişinlərdən Babaxan Fətullayev və onun 5 yaşlı oğlu Elcan aldıqları xəsarətdən hadisə yerində ölüblər. Hər iki nəqliyyat vasitəsinin sürücüsü və sərnişinlərindən ümumilikdə 5 nəfər xəsarətlə xəstəxanaya müraciət edib.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.BAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Bakıda qəza: 3 nəfər öldü
Bakıda ölümlə nəticələnən yol qəzaları baş verib.BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Şağan qəsəbəsi ərazisində Elşən Cəbrayılov idarə etdiy...