Azərbaycanda 17 yaşlı sürücü ağır qəzanın qurbanı oldu

Azərbaycanda 17 yaşlı sürücü ağır qəzanın qurbanı oldu
Hadisə 3195

 

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in Report-a istinadən xəbərinə görə, hadisə rayonun Pirəzə və Ağzıbir kəndləri arasında qeydə alınıb.

Belə ki, həmin ərazidə "Hyundai-Sonata” və "VAZ-2107” markalı avtomobillər toqquşub.

Qəza zamanı "VAZ-2107” markalı avtomobilin sürücüsü, Ağdaş rayonunun Qaraoğlan kənd sakini 17 yaşlı Məmmədov Turan Xaləddin oğlu qəza zamanı aldığı xəsarətlərdən ölüb.

Həkimlər digər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Xəsarət alan şəxslərin hamısı Ağdaş rayonunun Qaraoğlan kənd sakinləridir. 

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər