SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Bu gecə Bakının Xətai rayonunda bıçaqlanma olub.

BAKU.WS
-in məlumatına görə, Zığ qəsəbəsinin Naximov küçəsində yaşayan 35 yaşlı Rövşən Məmmədovla qardaşı Əvəz Məmmədov arasında mübahisə yaranıb.

Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı Əvəz Məmmədov qardaşını bıçaqlayıb. O, qardaşına bir neçə zərbə endirib. Ağır yaralanan Rövşən Məmmədov dərhal xəstəxanaya yerləşdirilib.


Xətai rayon Polis İdarəsinin əməkdaşları Əvəz Məmmədovu tutublar.


Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS