VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

 

Bakıda maşını içkili vəziyyətdə idarə etdiyi üçün saxlanılan sürücü polisi döyüb.

BAKU.WS
-in musavat.com saytıa istinadən verdiyi məlumata görə, Xətai rayonu ərazisində Bakı sakini 1976-cı il təvəllüdlü İlqar Abbasovun idarə etdiyi "Audi” markalı avtomobil Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları sürücünün sərxoş olduğunu müəyyən ediblər. Sürücü müayinə üçün Zığ yolu küçəsində yerləşən Narkoloji Dispanserə aparılıb.

 

Sərxoş sürücü müayinə zamanı Post Patrul Xidməti Bölüyünün serjantı Tariyel Eyyubovu döyüb, ona yumruq zərbəsi endirib. Polis əməkdaşı xəsarət alıb.

Faktla bağlı Xətai rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

BAKU.WS