Bakıda təcavüzkar az qala Belarusdan olan turisti zirzəmiyə çəkib aparacaqdı. Qızın bəxti gətirib, asayiş keşikçiləri onun yardımına çatıblar.

BAKU.WS
-in haqqin.az saytına istinadən verdiyi məlumata görə, bu barədə Səbail rayon Polis İdarəsindən bildiriblər. Noyabrın 1-də Səbail rayon 39-cu polis bölməsinin əməkdaşları Belarus vətəndaşı 1985-ci il təvəllüdlü Tarenoza İnna Henrixovovnanı zorlamağa cəhd edən manyakı saxlayıblar.

Hadisə saat 23.40 radələrində Rəsul Rza küçəsində yerləşən 16 saylı binanın dəhlizində baş verib. Naməlum kişi içəri daxil olan İnna Tarenozaya hücum edərək onu döyməyə başlayıb. Cinayətkar qurbanın qulaqlarındakı sırğaları dartıb çıxarıb. Daha sonra onun mobil telefonunu əlindən alaraq kənara atıb. Təcavüzkar qızın boğazından yapışaraq onu binanın zirzəmisinə çəkib aparmağa cəhd edib.

Qızın köməyinə İctimai Təhlükəsizliyin Baş İdarəsinin əməkdaşları yetişib. Asayiş keşikçiləri təcavüzkarı və qurbanı binanın zirzəmisində aşkar ediblər.

Saxlanılan şəxs Tovuz rayon sakini 1995-ci il təvəllüdlü Məmmədov Kənan İsmayıl oğlu olub. Hadisə baş verən zaman Məmmədovun sərxoş olduğu müəyyən edilib.

Turist qıza 3 saylı təcili tibbi yardım stansiyasında yardım göstərilib.

Fakt üzrə Səbail rayon 39-cu polis bölməsində istintaq işi aparılır.

Ziya Səccad

BAKU.WS