SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sinay yarımadası üzərində Rusiyaya məxsus Airbus-321 təyyarəsinin düşmə anı əks olunub. 

BAKU.WS-in məlumatına görə, videoda arxası ilə qara tüstü buraxan avialayner görünür. Görüntünün həqiqətən də Rusiyaya məxsus olan Airbus-321-ə aid olub-olmaması araşdırılır. 

Qeyd edək ki, göyərtəsində 224 nəfər olan təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığı bildirilirdi. Ancaq İŞİD terrorçu qruplaşmasının Misirdə olan üzvləri təyyarənin onlar tərəfindən vurulduğunu bildirərək məsuliyyəti üzərlərinə götürüblər. 

Hadisə ilə əlaqədar olaraq Rusiya prezident Vladimir Putin ölkədə matəm elan edib.
 
BAKU.WS